Digər

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Bugun.tv xəbər verir ki, Rusiyanın Nijni Novqorod vilayətində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları həbsxanaya narkotik maddə çatdırmaq üçün istifadə edildiyi iddia olunan pişiyi saxlayıblar.

Rusiya Federal Penitensiar Xidmətinin (FSIN) regional idarəsinin məlumatına görə, pişiyin boynuna ev şəraitində hazırlanmış xüsusi boyunluq bağlanıb. Boyunluğun içərisində biri yaşıl rəngli, digəri isə ağ toz şəklində olan naməlum maddələr aşkar edilib.

Məlumata əsasən, pişik diqqət çəkmədən cəzaçəkmə müəssisəsinin ərazisinə daxil olaraq bağlamanı məhbuslara çatdırmalı idi. Lakin müəssisə əməkdaşlarının sayıqlığı nəticəsində bu cəhdin qarşısı vaxtında alınıb.

Hadisə yerinə narkotik aşkarlayan xidmət iti ilə birlikdə mütəxəssislər cəlb olunub. Aparılan ekspertiza nəticəsində götürülən nümunələrin narkotik maddə olduğu təsdiqlənib.

FSIN bildirib ki, pişik müvəqqəti olaraq saxlanılıb, boyunluq müsadirə edilib. Baytarlıq müayinəsindən sonra heyvanın sağlam olduğu müəyyənləşdirilib və o, sərbəst buraxılıb. Faktla bağlı araşdırma aparılır və narkotik bağlamanın kim tərəfindən hazırlandığı müəyyənləşdirilir.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Nizə zərbəsi ilə öldürülmüş neandertalın qalıqları aşkarlandı

Aynur Camal

Hazır qidalar beyində gizli zədələnmə riskinin artması ilə əlaqələndirilib

Aynur Camal

Tramp Kanadanın ABŞ-nin 51-ci ştatı olacağını yenidən iddia etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu