Baş xəbərSəhiyyə

Bakı Expo Mərkəzində “Oftalmoloji xəstəliklərə yeni baxış” mövzusunda konfrans keçirildi

2-4 noyabr 2023-cü il tarixində Bakı Expo Mərkəzində III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi keçirilib. Sərgi çərçivəsində “Oftalmoloji xəstəliklərə yeni baxış” mövzusunda konfrans keçirilib.

Bugun.tv xəbər verir ki, xəbər verir ki, konfransda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölməsinin müdiri t.ü.f.d Yazgül Abdıyeva, “Qlaukoma” şöbəsinin həkimi t.ü.f.d Gülnarə Məmmədova, “Uşaqlarda Gözün Patologiyası” şöbəsinin həkimi dr. Aysel Əkbərova , ATU oftalmologiya kafedrasından t.e.d. Tural Qəlbinur çıxış etdilər.

T.ü.f.d. Yazgül Abdıyeva ilk olaraq qarşıdan gələn Zəfər günü münasibətilə Şəhidlərimizin canı uğrunda, müzəffər ordumuz və Ali Baş Komandanımız İlham Əliyevin sayəsində zəfər qazanmış xalq kimi hər kəsi təbrik edib və qürur hissi yaşadığını vurğulayıb.
Şəhidlərimizə Allahdan rəhmət diləyib.

Y. Abdıyeva Cənab Prezident İlham Əliyevin səhiyyə sahəsində, xüsusilə oftalmologiya sahəsinin inkişafı üçün ayırdığı diqqətin danılmaz olduğunu qeyd edib.

O,bildirib ki, Azərbaycan oftalmologiyası öz inkişaf dövrünü yaşayır və beynəlxalq standartlara cavab verir.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri,Respublikanın baş oftalmoloqu
prof.Elmar Qasımovun rəhbərliyi ilə Azərbaycan Oftalmologiyasının inkişafı və oftalmoloji yardımın optimallaşması üçün geniş miqyaslı tədbirlər planı həyata keçirilir.

Belə ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Oftalmologiyanın respublika üzrə inkişaf etməsinə şərait yaratmaq üçün 2008-ci ildən Masallı rayonunda, 2016-cı ildən Gəncə şəhərində, 2019-cu ildən Şəki şəhərində Mərkəzin Regional mərkəzləri fəaliyyət göstərir. Bu filiallar ən müasir oftalmoloji avadanlıqlarla təhciz olunub. Regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji yardım göstərmək məqsədilə 2005-ci ildə avtomobil səyyar klinilası, 2018-ci ildən isə Dəmiryolu Səyyar klinikası fəaliyyətə başlayıb.

Həmçinin Y. Abdıyeva Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə oftalmologiyada olan innovativ inkişaf, yenilik və nailiyyətləri müzakirə etmək məqsədilə mütəmadi olaraq yerli və beynəlxalq konfransların həyata keçirilməsindən bəhs edib.

O bildirib ki, beynəlxalq səviyyədə bu sahə üzrə peşəkarlığın yüksəldilməsi, sağlam rəqabətin formalaşması, dünya təcrübəsinin Azərbaycana gəlməsi, vətəndaşlarımızın artıq xaricə getmədən daha rahat, güvənilir şəkildə bizlərə müraciət etməsinə gətirib çıxarıb.

Daha sonra Y. Abdıyeva “Allergik konyuktivitlərin diaqnostikası və müalicəsinə yeni yanaşma” adlı məruzəsilə çıxış edib.

Yekunda isə TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva tərəfindən çıxışçılara sertifikat təltif olunub.

İntizar Əmirova

Oxşar xəbərlər

“Zərərli vərdişlər və narkomaniya” mövzusunda tədbir keçirildi

Aynur Camal

“İtaliya şirkətlərinə ən vacib hesab etdiyimiz layihələri həvalə etdik”-VİDEO

Aynur Camal

Yol qəzası: 2 ölü, 4 yaralı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu