Baş xəbərSəhiyyə

“Bakı KOB evi”ndə Səhiyyə Nazirliyinin xidmət masası fəaliyyətə başlayıb

“Bakı KOB evi”ndə Səhiyyə Nazirliyinin struktur bölmələri tərəfindən sahibkarlara bir sıra xidmətlər göstərilir.

Sahibkarlar aşağıdakı xidmətlər üçün Səhiyyə Nazirliyinin “Bakı KOB evi”ndə fəaliyyət göstərən mütəxəssislərinə müraciət edə bilərlər:

– dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə;

– dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsinin verilməsi;

– gəminin sanitariya nəzarətindən keçməsi və ya sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi;

– üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi;

– narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının idxalına və ixracına icazə verilməsi;

– özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə DIN-dən razılıq məktubunun alınması üçün xüsusi rəyin verilməsi;

– əczaçılıq və tibb müəssisəsində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və ya zəhərli maddələrin dövriyyəsinə DİN-dən xüsusi icazənin alınması üçün rəyin verilməsi;

– dərman vasitələri haqqında məlumatın verilməsi.

Qeyd edək ki, “Bakı KOB evi” (ünvan: Bakı şəhəri, akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir.

Aynur Camal

Oxşar xəbərlər

Xidmət mikroavtobusu aşdı, 6 polis yaralandı

Bugün TV

Prezident İlham Əliyev yeni sərəncam imzaladı

Kəmalə Sultan

28 ukraynalı uşaq Bakıda reabilitasiya kursu keçirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu