27 C
Baku
27 İyul 2024, 3:29
Baş xəbərKriminal

Bakı sakini Masallıda külli miqdarda narkotik vasitə və psixotrop maddə ilə saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluq və xuliqanlıq əməlinə görə məhkum olunmuş Nadir Dadaşov idarə etdiyi “Land Cruiser” markalı avtomobillə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda heroin, əlavə olaraq metamfetamin və metadon həbləri aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Britaniyanın xarici işlər naziri husiləri hədələdi

Kəmalə Sultan

Azərbaycanda zəlzələ oldu!

Elnarə Dərziyeva

Bayden prezident seçkiləri kampaniyasının ilk mitinqində Trampı hədəfə aldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu