Baş xəbər

Bakıda 1-ci Milli Endokrinologiya Konfransı keçirilib – FOTO

Mayın 24-dən 26-dək Bakıda, Ritz-Carlton otelində keçirilən ilk Milli Endokrinologiya Konfransı yüksək səviyyədə yekunlaşıb.

Bugun.tv -nin məlumatına görə, yerli və xarici mütəxəssislərin və alimlərin iştirak etdiyi konfransın məqsədi bu sahədə elmi müzakirələr etmək, innovativ tibbi təcrübələri bölüşmək və endokrinologiya sahəsində maraqlı klinik hadisələri araşdırmaq olub.

Üç gün davam edən konfransda iştirakçılar bu mövzuda fikir mübadiləsi və ən son tibbi nailiyyətləri araşdırıblar. Konfransın sonuncu günü moderatorlar “Sağlamlığın qorunması” İB-nin sədri, dr. Yazgül Abdiyeva,Dr.Gülay Məmmədova və Prof. Dr. Mustafa Sait Gönen, müxtəlif mövzularda iştirakçılara söz veriblər.

Prof. Dr. Mustafa Sait Gönen tərəfindən Graves orbitopatiyası panelində GravesOrbitopatiyası dəyərləndirilməsi :Nə zaman, necə müalicə edək? məruzəsi ilə çıxışı oldu.

Konfransda İlhan Satman, Gülay Məmmədova, Nübar Rəsulova, Nurdan Gül, Zülfü Cabbarov, Səbinə Paşayeva, Mehtap Çakır, Camal Musayev, Azər Hümbətov, Zeynep Cantürk, Fuad Səmədov və s. mütəxəssislər təqdimatları ilə çıxış ediblər.

“Sağlamlığın Qorunması” İB-nin rəhbəri, dr. Yazgül Abdıyeva tərəfindən Xəyyam Eyvazov Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmağı və 1-ci Milli Endokrinologiya Konfransına uğurla ev sahibliyi etməsi səbəbilə ona təşəkkürnamə təqdim edilib.

Konfrans başa çatdıqda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

1-ci Milli Endokrinologiya Konfransının uğuru Azərbaycanın endokrinologiya sahəsində innovasiyaları təşviq etmək üçün zəmin yaradır.

Bugün TV

Oxşar xəbərlər

Terror əməliyyatı: 12 nəfər saxlanıldı

Aynur Camal

Meşə yanğını baş verdi

Bugün TV

Zəngəzur Dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı? – Sorğu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu