Baş xəbərSiyasət

Bakıda “Thales” şirkətlər qrupunun regional nümayəndəliyi açılır

Prezident İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı “Thales” şirkətinin Azərbaycan və Gürcüstan üzrə təmsilçisi Henrik Klaner bildirib ki, şirkət Bakıda regional nümayəndəlik yaradır.

Bugun.tv xəbər verir ki, məlumatda beynəlxalq miqyasda nəqliyyat, təchizat və sənaye sahəsində tanınmış “Thales” şirkətlər qrupunun Bakıda açılacaq yeni nümayəndəliyi Azərbaycan da daxil olmaqla, şirkətin Gürcüstan və Mərkəzi Asiya ofislərinin fəaliyyətini koordinasiya edəcəyi bildirilir.

Henrik Klaner bildirib ki, şirkət Azərbaycanda nəqliyyat sahəsində fəaliyyət göstərən əsas tərəfdaşlarla, o cümlədən ADY ilə yaxından əməkdaşlıq etməyi planlaşdırır.

Azərbaycanın regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevrildiyini qeyd edən H.Klaner “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri üzrə dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində ADY ilə potensial əməkdaşlıq imkanları haqqında ətraflı danışıb. Mənbə: Azərtac

Aynur Camal

Oxşar xəbərlər

Üç günlük atəşkəs Rusiyanın Ukraynaya yeni hücum dalğası ilə başa çatdı

Aynur Camal

Artemis 2 astronavtları Ayın əsl rəngi ilə bağlı müzakirələr yaradıb

Aynur Camal

Stress qocalmanı sürətləndirir: Xarici görünüş necə dəyişir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu