Digər

Bakıda Türk şəhidliyi ziyarət edil

Bugun.tv xəbər verir ki, Bakıda Türkiyənin 30 Avqust Zəfər Bayramı münasibətilə Türk şəhidliyi ziyarət edilib. Ulusal.az xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, səfirliyin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak edib. O, Azərbaycan və Türkiyə şəhidlərini rəhmətlə anaraq ruhları qarşısında öz ehtiramını ifadə edib. Birol Akgün ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməyə davam edəcəyini vurğulayıb. Ardınca Türk şəhidliyi və Şəhidlər xiyabanı ziyarət edilib, abidənin önünə əklil qoyulub, qərənfillər düzülüb. Qeyd edək ki, 1922-ci ilin 30 avqustunda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qazanılan qələbə Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur.

Bugün TV

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu