Sosial

Balaxanı yolları bərbad vəziyyətdədir – FOTOLAR-VİDEO

Bugun.tv-yə daxil olan şikayətdə bildirilir ki, Balaxanı  qəsəbəsi Neftçilər küşəsində yolların asfalt örtüyü sıradan  çıxıb.Avtombillərin  hərəkətində çətinliklər yaranıb.Qəsəbə sakini 1-ci Qarabağ müharibəsi  veteranı Səhlədar Xəlilov videomüraciətində bildirir ki, sözügedən ünvanda bu problem illərdir  mövcuddur.Onun sözlərinə görə, yerli icra nümayəndəsinə dəfələrlə bu məsələ ilə bağlı müraciət olunsa da, problem hələ də öz həllini tapmayıb.

Məsələyə aydınlıq gətirmək üçün Suraxanı RİH-nin Balaxanı qəsəbəsi üzrə  nümayəndəsi Ruhin Orucovla  əlaqə saxladıq.O, sorğumuza cavab olaraq bildirdi ki, həmin  ünvanda yolların təmiri ilə bağlı AAYDA-ya müraciət  olunub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat  xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq.O, bildirdi ki, yerli strukturlar tərəfindən agentliyimizə onların balansında olan küçə və yolların təmiri ilə bağlı müraciətlər olunur.Həm yerli icra strukturlarının, həm də AAYDA-nın balansında olan bu cür yolların təmiri ilə bağlı siyahı hazırlanaraq adiyyatı üzrə təqdim edilir. Hər il bu cür yolların, eyni zamanda  Bakı şəhərinin  60 qəsəbəsi üzrə qəsəbədaxili küçə və yolların təmiri üçün vəsait ayrılır.Həmin maliyyə vəsaiti əsasında   yolların təmir-bərpa işləri həyata  keçirilir.

AAYDA rəsmisi onu da qeyd elədi ki, qəsəbədaxili küçə və yollar agentliyin balansında deyil. Buna görə də orada hər hansı xidmət göstərilmir.İnvestisiya proqramına həmin küçə və yolların təmiri daxil edilənədək, hərəkəti asanlaşdırmaq  üçün heç bir tədbir görə bilmərik.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Qaz sayğaclarında tarif limitinin sıfırlanması prosesinin müddəti açıqlandı

Nigar Məmmədova

“Əlil Qadınlar Cəmiyyəti” 6 aylıq hesabatını açıqladı – VİDEO

Elnarə Dərziyeva

Nazir Prezident təqaüdçüsü ilə görüşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu