27 C
Baku
27 İyul 2024, 7:50
Dünya

Balıq ovu ilə qanunsuz məşğul olanlar saxlanıldı

 Bugun.tv xəbər verir ki, may ayının 1-dən Azərbaycanda qüvvəyə minən bütün su hövzələrində balıq ovuna moratoriuma əsasən nəzarət tədbirləri davam edir. Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının və PTX-nin (Prezidentin Təhlükəsizlik Xidməti) Hərbi ovçuluq təsərrüfatının əməkdaşları tərəfindən Sarısu ovçuluq təsərrüfatında növbəti reyd keçirilib. Həyata keçirilən tədbirlər zamanı Sarısu gölü ərazisində qamışlıqlarda gizlədilən 8 ədəd qayıq, sintetik torlar, həmçinin istifadəsi qadağan olunan xüsusi avadanlıqlar götürülüb. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.

Aynur Camal

Oxşar xəbərlər

“Twitter”də dərmanların vizual reklamlarına icazə verildi

Nigar Məmmədova

Bu ölkə Meta və TikTok-dan zərərli məzmuna nəzarəti artırmağı xahiş edir

Bugün TV

Torpaq sürüşməsi böyük fəlakətə səbəb olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu