23 C
Baku
21 İyul 2024, 18:28
Dünya

Baş-başa fəlakət!

Qatar qəzasında 8 nəfər ölüb, 60 nəfər yaralanıb Hindistanın Qərbi Benqal əyalətində qatarın qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, təxminən 60 nəfər yaralanıb.

Hindistanın Qərbi Benqal əyalətində baş verən qatar qəzasında 8 nəfər ölüb, 60-a yaxın adam yaralanıb.

Hadisə səhər saatlarında Yeni Jalpaiquri bölgəsində yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində baş verib. Toqquşmadan sonra sərnişin qatarının 3 vaqonu relsdən çıxıb, 1 vaqon havada asılı qalıb. Hadisə yerinə çoxlu axtarış-xilasetmə qrupu və təcili yardım maşınları göndərilib.

Səlahiyyətlilər qəzanın “insan səhvi” ucbatından baş verdiyini bildirərək, ətraflı araşdırmaya başlanıldığını açıqlayıb.

İlkin araşdırmalara görə, yük qatarının maşinistinin siqnala məhəl qoymadığı bildirilib. Digər tərəfdən, keçən il Hindistanın Orissa əyalətində üç qatarın iştirakı ilə baş verən qəzada təxminən 290 nəfər ölüb, mindən çox adam yaralanıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

“Nüvə texnologiyasından istifadəni dayandırmalıyıq!”

Aynur Camal

ABŞ prezidentliyi yarışında Bayden Trampı üstələdi

Kəmalə Sultan

Hərbi bazada çaxnaşma: Böyük yanğın baş verdi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu