Baş xəbərSəhiyyə

Baş həkim: “Qənirə Paşayeva reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür”

“Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür”.

Bugun.tv xəbər verir ki, bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib. Onun sözlərinə görə, bütün ixtisas həkimləri müalicə işinə cəlb olunub:

“Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”.Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə daxil olub.Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva hazırda Mərkəzi Klinikada həkimlərin nəzarəti altındadır.Bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.O bildirib ki, hazırda həkimlər tərəfindən lazımı tədbirlər görülür.Millət vəkili Qənirə Paşayeva komaya düşüb.

“Report” xəbər verir ki, deputat ötən gün Mərkəzi Klinikaya yerləşdirilib.

Qeyd edək ki, Qənirə Paşayeva Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.

Müxbir: İntizar Əmirova

 

Bugün TV

Oxşar xəbərlər

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Oyun zamanı meydançaya ildırım düşdü: Bir futbolçu həyatını itirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu