25 C
Baku
27 İyul 2024, 7:27
Baş xəbərDünya

Baş nazirə hücum edən şəxs psixiatrik müayinəyə göndərildi

Bugun.tv xəbər verir ki, Yaponiyada baş nazir Kişida Fumioya ötən ay hücumda şübhəli bilinən Kimura Ryuji üç ay müddətində psixiatrik müayinədən keçəcək.

Baş nazir Kişidanın keçən ay seçki kampaniyası üçün getdiyi Vakayamada onun yerində tüstü bombasının atılması ilə bağlı istintaq davam edir.

Vakayamada yerli məhkəmə hücumdan sonra tutulan şübhəli Kimura Ryujinin 3 ay müddətində psixiatrik müayinədən keçiriləcəyini açıqlayıb.

Qərar prokurorların vəsatəti əsasında qəbul edilib. Müayinə zamanı şübhəlinin hücumla bağlı psixi tarazlığı hərtərəfli araşdırılacaq.

Xatırladaq ki, aprelin 15-də Vakayamada Kişidanın seçki çıxışı edəcəyi yerdə partlayış səsi eşidilib.

Yerli mətbuatda əksini tapan videoda Kişidanın olduğu yerə gümüş silindrli boruya bənzər bir növ tüstü bombasının atıldığı bildirilir.

Bildirilib ki, Kişidə xəsarət almadan hadisə yerindən təxliyə edilib, biri polis əməkdaşı olmaqla iki nəfər yüngül xəsarət alıb.

Hadisə ilə bağlı Hyoqo əyalətinin Kavanişi şəhərində qeydiyyatda olan 24 yaşlı Kimura Ryuji saxlanılıb.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

“Milyonlarla dəniz canlısı plastik tulantılar səbəbindən tələf olur”

Aynur Camal

Fransada respondentlərin əksəriyyəti baş nazirin istefasını istədi

İntizar Əmirova

1992-1995-ci illər Soyqırımının tanınması tələb olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu