9 C
Baku
5 Dekabr 2024, 20:54
Baş xəbər

Baş nazir Gədəbəydəki vəziyyətlə bağlı komissiya yaratdı – RƏSMİ

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Bu barədə Bugun.tv-yə Nazirlər Kabinetindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.

Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Komissiyaya Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Bugün TV

Oxşar xəbərlər

Məlahət İbrahimqızının şəhid ailələri, qazilər və müharibə veteranları ilə görüşü keçirilib – FOTO

Aynur Camal

Dəhşətli yanğın: 130-dan çox adam axtarılır

Kəmalə Sultan

Bunu etməklə şəkər xəstəliyinə son verəcəksiniz! – HƏKİM ÇAĞIRIŞ ETDİ

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu