11 C
Baku
21 Mart 2023, 0:06
Baş xəbərMədəniyyət

“Başıma şinyon, gözümə kirpik taxmıram, dodağımı da şişirtməmişəm”

 Aktrisaların plastik əməliyyat etdirməsi uzun müddət müzakirə mövzusu olub. Hətta bəzi qadın sənətçilərimiz plastik əməliyyatdan sonra rejissorların onlara verəcəkləri obrazları da itiriblər. Məsələn, dünya şöhrətli aktrisa Monika Belluççi heç bir plastik əməliyyat etdirməyib. Onun sözlərinə görə, o üzündəki qırışları çox sevir. Monika, həmçinin qeyd edib ki, qırışlarımı itirsəm, yaşımı da itirmiş olacam.

Bugun.tv-yə açıqlama verən aktrisa, əməkdar artist Gülşad Baxşıyeva da plastik əməliyyat etdirən həmkarlarına qarşıdır. O, cavanlaşmaq üçün bu üsuldan istifadə etmək fikri olmadığını deyib. “Başıma şinyon, gözümə kirpik taxmıram, dodağımı şişirtməmişəm, üzümə gel vurdurmuram. Mənə elə gəlir ki, insan necədirsə, o cür də qalmalıdır, ələxsus da aktrisa… Bu yaxınlarda bizim tariximizə aid serial çəkəcəklər. Gəldilər, dedilər ki, qadın baş qəhrəmanları tapa bilmirik. Dedim niyə? Sayıram ki, filankəs, filankəs… Dedilər ki, xaqanın qadınına yaraşan aktrisalardan bir neçəsini çəkmək istədik. Amma alınmadı. Göz botoks, dodaq, burun estetik əməliyyat kimi çəkək. Əzizlərim, axı ekran, kamera bunu sevmir”,- deyə, aktrisa əlavə edib.

Oxşar xəbərlər

“Bakının açarı” filminin qala gecəsi keçirilib

Nigar Məmmədova

“Jurnalistlərlə əməkdaşlığa hər zaman hazırıq”- video

Aynur Camal

Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının əsaslı təmiri və bərpası ilə bağlı sərəncam

Aynur Camal

Şərh yazın