27 C
Baku
27 İyul 2024, 3:27
Dünya

Bayden də İsrailin Rəfah hücumlarına tab gətirə bilmədi!

 ABŞ prezidenti Co Bayden bildirib ki, İsrail irimiqyaslı hücumla Rəfaha daxil olarsa, bu ölkəyə silah göndərilməsini dayandıracaq.

O, silah embarqosu üçün siqnal verdi.

İsrailin Qəzza zolağı və Rəfahdakı hücumları davam edir. ABŞ-ın İsrailə silah tədarükünü dayandırmaq qərarına gəlməsindən sonra ABŞ və İsrail arasında böhran yaranıb. ABŞ prezidenti Co Bayden ABŞ-ın CNN kanalında verdiyi açıqlamada etiraf edib.

ABŞ-ın göndərdiyi bombalarla Qəzzada minlərlə dinc sakinin öldüyünü deyən Bayden, İsrailin genişmiqyaslı hücumla Rəfaha girəcəyi təqdirdə bu ölkəyə silah göndərilməsini dayandıracağını açıqlayıb. Bayden açıqlamasında “ABŞ-ın göndərdiyi 900 və 220 kiloluq bombalar nəticəsində Qəzzada dinc sakinlər həlak olub” deyib. Mən bunu Netanyahuya açıqladım. “Əgər onlar Rəfaha daxil olsalar, hələ girməyiblər, mən onlara silah və top mərmilərini verməyəcəyəm”, – deyə o bildirib.

İsrailin Qəzza zolağının Rəfah şəhərinə hücumları davam edərkən, ABŞ İsrailə silah-sursat göndərilməsini dayandırdığını açıqlayıb.

ABŞ Müdafiə Naziri Lloyd Austin, İsrailin Rəfah şəhərinə hücumlarından sonra verdiyi açıqlamada, “İsrailə yüksək yük tutumlu sursat göndərilməsini dayandırdıq” deyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Xarici işlər naziri Fidan omanlı və pakistanlı həmkarları ilə görüşüb

Bugün TV

Zəlzələ bölgəsində həyat davam edir

Bugün TV

Piyadalar üçün işıqfora narıncı işıq əlavə edildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu