18 C
Baku
17 Fevral 2026, 15:42
Baş xəbərHadisə

Baydenin sürücüsü bu səbəbə görə saxlanıldı

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Co Baydenin karvanındakı avtomobilin sürücüsünün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın qaldığı otelə girdiyi üçün protokol pozuntusu səbəbilə saxlanıldığı məlum olub.

Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Liderlər Sammiti zamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın qaldığı Tac otelində böhran yaşanıb.

ABŞ prezidenti Baydenin karvanındakı avtomobil otelə daxil olarkən sürücü protokolun pozulması səbəbi ilə saxlanılıb.

İfadəsində sürücünün bir iş adamının onu bu otelə endirməsini xahiş etdiyini, ona görə də bu otelə getdiyini və mühafizəçilər tərəfindən saxlandığı zaman iş adamının avtomobildə olduğunu dediyi öyrənilib.

Təhlükəsizlik protokollarından xəbərsiz olduğunu iddia edən sürücü dindirildikdən sonra sərbəst buraxılıb, lakin Baydenin karvanından çıxarılıb.

Bugün TV

Oxşar xəbərlər

Qəzzada çadırlar arasında Ramazan hazırlığı

Aynur Camal

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

“Azərbaycan-Ermənistan ticarət əlaqələri rəsmi statistikada əksini tapıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu