Image default
Baş xəbər

Qənirə Paşayevanın Türkiyə sevgisini əks etdirən sözləri yenidən gündəmdə

Bugun.tv – xəbər verir ki, Azərbaycanın mərhum millət vəkili Qənirə Paşayevanın Türkiyə ilə bağlı söylədiyi fikirlər sosial şəbəkələrdə yenidən geniş şəkildə paylaşılır.

Türkiyədə və Azərbaycanda istifadəçilər onun illər əvvəl səsləndirdiyi aşağıdakı sözləri xatırladıblar:

“Türkiyəni zəiflətmək istəyənlərə səslənirəm. Buna gücünüz əsla yetməz. Türkiyə üçün canını verməyə hazır olan, mən də daxil olmaqla, on milyonlarla türk övladı var.”

Qənirə Paşayeva 24 mart 1975-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Tibb Universitetində pediatriya, Bakı Dövlət Universitetində isə beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb.

Peşə fəaliyyətinə 1998-ci ildə jurnalist kimi başlayan Paşayeva sonradan müxtəlif media qurumlarında müxbir və redaktor kimi çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə təyin olunub. Elə həmin il keçirilən parlament seçkilərində Tovuz seçki dairəsindən Milli Məclisə deputat seçilib və ömrünün sonunadək bu vəzifədə fəaliyyət göstərib.

Siyasi fəaliyyəti dövründə parlamentlərarası əlaqələrin inkişafında fəal iştirak edən Qənirə Paşayeva Türk dünyasının birliyi, ortaq mədəni dəyərlərin qorunması və türk xalqları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl çıxışları ilə tanınıb. O, eyni zamanda yazıçı və ictimai xadim kimi də fəaliyyət göstərib, 2012-ci ildə Somalidə könüllü uşaq həkimi kimi humanitar missiyada iştirak edib.

Qənirə Paşayeva 24 sentyabr 2023-cü ildə səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib və 28 sentyabr 2023-cü ildə Bakıda 48 yaşında vəfat edib. Onun Türk dünyasının birliyi ilə bağlı fikirləri bu gün də çoxsaylı insanlar tərəfindən ehtiramla xatırlanır.

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Ermənistanın TRİPP layihəsini təsdiqləməsi Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm mərhələdir

Aynur Camal

Siyasi ekspert: Ukrayna ordusundakı daxili ziddiyyətlər müharibənin gedişinə mənfi təsir göstərə bilər

Aynur Camal

E.Dərziyeva: “Xeyirxahlığı ilə ömür qazanan insan – əqrəbam Selahattin Turanın əziz xatirəsinə”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu