Baş xəbərSiyasət

“Baykar” ilə xoşməramlı protokol imzalanıb

Bugun.tv xəbər verir ki, “Baykar”ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov “Baykar” şirkəti ilə pilotsuz uçuş aparatlarının birgə istehsalına dair xoşməramlı protokol imzalayıblar.

Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.

Tədbirdə çıxış edən Bayraktar bu gün bir millət, iki dövlət anlayışı ilə Azərbaycan və Türkiyə arasında pilotsuz uçuş aparatları texnologiyası sahəsində çox sıx və güclü əməkdaşlığın olduğuna diqqət çəkib. “Bu gün buradayıq, Azərbaycan Müdafiə Nazirimizin müavini Aqil Qurbanov və Azərbaycan bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün Hərbi Hava Qüvvələri komandanımız Ramiz Paşa ilə birgə xoşməramlı protokol imzaladıq. Məqsədimiz ölkələrimiz arasında bu güclü əməkdaşlığı daha da inkişaf etdirməkdir”,- H.Bayraktar bildirib.

Mənbə: TRT Haber

 

 

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Bakıda “InVision Design Talks BAKU 2026” tədbiri keçirilib

Aynur Camal

Tramp: Yeganə planımız İranın nüvə silahına sahib olmamasıdır

Aynur Camal

“Ukrayna üç günlük atəşkəs dövründə 23 mindən çox pozuntu etdi”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu