28 C
Baku
27 İyul 2024, 12:05
Dünya

Bazarda baş verən yanğında minlərlə heyvan tələf oldu

Banqkokun məşhur açıq havada yerləşən Çatuçak bazarında baş verən yanğında minə yaxın heyvan tələf olub, 100 mağaza yararsız hala düşüb.

Quş, it və pişik kimi ev heyvanları ilə yanaşı, siçan, piton və kərtənkələlərin də olduğu ərazidə yüzlərlə heyvan yandırılaraq öldürülüb.

Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verdiyini bildirən səlahiyyətlilər ölən və yaralanan olmadığını açıqlayıb.

Dar küçələrə yığılmış on minlərlə mağaza ilə Chatuchak Cənub-Şərqi Asiyanın ən böyük bazarlarından biridir.

O, həmçinin Taylandın həftə sonu bazarlarının ən böyüyü və ən məşhurudur.

Hər şənbə və bazar günləri təxminən 200 min turistin gəldiyi təxmin edilir və bazarın ev heyvanları satılan hissəsi həftə ərzində açıqdır.

Bazarın bu sahəsi mütəmadi olaraq yoxlamalara məruz qalır və heyvanların pis həyat şəraitinə görə tənqid olunur, bu da yüksək xəstəlik və ölüm nisbətlərinə səbəb olur.

İlkin araşdırmalara görə, yanğın təxminən 1400 kvadratmetr ərazini əhatə edən pet zonasında 118 mağazanın əksəriyyətinə ziyan vurub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

V.Zelenski: “9 Mayı Avropa Günü kimi qeyd edəcəyik”

Aynur Camal

İsraillə toqquşmaların baş verdiyi Livanın cənubunda 19 mindən çox insan didərgin düşdü

Bugün TV

Çexiyanın yeni prezidenti Kiyevə getməyi planlaşdırır

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu