Dünya

BBC Dünya Kuboku 2026-nı Böyük Britaniyadan yayımlayacaq

Bugun.tv xəbər verir ki, BBC 2026-cı il FIFA Dünya Kuboku ilə bağlı yayım strategiyasında dəyişiklik edərək turnirin əsas studiya proqramlarını ABŞ, Kanada və Meksikadan deyil, İngiltərənin Salford şəhərində yerləşən MediaCityUK studiyalarından təqdim etmək qərarına gəlib.

Məlumata görə, qərarın əsas səbəbləri xərclərin optimallaşdırılması və yayım prosesinin daha səmərəli təşkil edilməsidir. Bununla belə, BBC turnirin keçirildiyi ölkələrdə müxbir və şərhçi qruplarının fəaliyyətini davam etdirəcəyini bildirib.

Qərar Böyük Britaniyada media və futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Bəzi ekspertlər bunu qənaət tədbiri kimi qiymətləndirsələr də, digərləri Dünya Kuboku kimi qlobal tədbirin atmosferinin tamaşaçılara daha yaxşı çatdırılması üçün studiyaların birbaşa yarışların keçirildiyi ölkələrdə qurulmasının vacibliyini vurğulayıblar.

BBC rəhbərliyi isə bildirib ki, müasir texnologiyalar vasitəsilə turnirin ab-havasını tamaşaçılara çatdırmaq mümkün olacaq və yayımın keyfiyyətində hər hansı azalma gözlənilmir.

2026-cı il Dünya Kuboku tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə ABŞ, Kanada və Meksikada keçiriləcək.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu