30 C
Baku
9 İyun 2025, 14:35
Baş xəbərDünya

Belarus Prezidenti İlham Əliyevə məktub göndərib

Bugun.tv xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevə Əlamətdar tarix – iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbrik məktubu göndərib.

“Əminəm ki, çoxillik dostluq ənənələrinə və etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı naminə ardıcıl şəkildə dərinləşəcək, yeni maraqlı təşəbbüslər və birgə layihələrlə zənginləşəcəkdir”, – deyə Belarus Prezidenti qeyd edib.

O həmçinin Prezident İlham Əliyevə müraciət edərək bildirib ki, sizin bilavasitə dəstəyinizlə siyasi, iqtisadi və humanitar sahələrdə intensiv inkişaf edən ikitərəfli dialoqu, Minsk və Bakının beynəlxalq arenada konstruktiv qarşılıqlı fəaliyyətini qeyd etmək sevindiricidir.

Aleksandr Lukaşenko Prezident İlham Əliyevə səmimi-qəlbdən möhkəm cansağlığı, nəzərdə tutulan planların həyata keçirilməsi yolunda tükənməz enerji, Azərbaycan sakinlərinə isə sülh və əmin-amanlıq diləyib.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Almaniya Ukraynaya “Leopard” tankları və zirehli maşınlar üçün sursat göndərdi

Teymur Əziz

Çin Qəzzada “mülki əhalinin qorunmasına və humanitar böhranın qarşısının alınmasına” çağırır

Bugün TV

Hökumət əleyhinə etirazlar və vətəndaş itaətsizliyi davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu