25 C
Baku
27 İyul 2024, 4:41
Dünya

Belçikadakı şiddətin arxasında PKK/KCK dayanırdı!

Belçikadakı hadisələrin əvvəlində PKK/KCK izləri ortaya çıxdı. Terror təşkilatı sosial mediada manipulyasiya xarakterli xəbərlər yayaraq hadisələrin daha da böyüməsinə səbəb olub.   Hadisələrin təfərrüatları….

Belçikada aralarında suriyalıların da olduğu bir qrup Novruz şənliyindən qayıdarkən təxribat məqsədilə keçdikləri Türk məhəlləsində terror təşkilatı PKK-nın rəmzi olan parçaları və lider Abdullah Öcalanın plakatlarını açıblar. Terror təşkilatı PKK/KCK tərəfdarları konvoya reaksiya verən türk əsilli şəxsə hücum edib.

24 mart 2024-cü il bazar günü Belçikanın Hasselt şəhərinin Heusden-Zolder bölgəsində keçirilən Novruz şənliklərindən sonra türk və kürd qruplar arasında əlbəyaxa dava çıxdı və bu dava dünya mətbuatında da işıqlandırıldı. Qonşuluqda yaşayan digər türklər hücuma reaksiya verdikləri üçün hadisə böyüyərək digər məhəllələrə də sirayət edib. Belçika polisi hadisələrə TOMA-larla müdaxilə edib. Digər məhəllələrə yayılan qrupları polis helikopterləri də izlədi.

Təşkilat sosial mediada manipulyasiya xarakterli xəbərlər yayaraq hadisələrin daha da böyüməsinə səbəb olub. Üstəlik, hadisələrin Belçika hüdudlarından kənara çıxmasını təmin etdilər. Başda Fransa, Almaniya, Hollandiya və Avstriya olmaqla ətraf ölkələrdən təşkilata dəstək verənlər Belçikaya axın edib. Terror təşkilatı PKK/KCK üzvlərinin Avropa ölkələrində belə sürətlə bir araya gəlməsi onların səfərbərlik potensialını da ortaya qoyub.

Belçikada bu hadisələri başlatan şəxsin Suriya əsilli PKK/KCK müxbiri Məhəmməd Əlxəlil olduğu ortaya çıxıb. Suriyalı Alxəlilin Belçikanın Tessenderlo şəhərində yaşadığı və onun Belçikada ilk sigorta yandıran PKK/KCK üzvü olduğu öyrənilib. Etirazların bir məhəllədən daha geniş əraziyə yayılmasında təsirli olan şəxsin PKK/KCK Belçika nümayəndəsi adlandırılan Şahan Kod Osman Pınar olduğu müəyyən edilib. Etirazlara Almaniyadan gənc üzvlərin əlavə qüvvələrinin gətirilməsi əmrini verən şəxsin Pınar olduğu öyrənilib.

Hadisələrdə aparıcı mövqedə olan digər adlar isə, Belçika/Antverpen PKK/KCK-nın sözdə zabiti Azat Kod Veysi Akbaş, İnqilabçı Gənclik Hərəkatının (TCŞ) Antverpen zabiti Şirvan Rojhilat Kod Mehdi Sadeqi, Liege sözdə zabiti və Belçika/Verviers Demokratik Mərkəzi Kürd olduğu öyrənildi.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Sergey Lavrovun Türkiyə səfərinin tarixi bəlli oldu

Nigar Məmmədova

Küveyt Fələstinə dəstək üçün “hava körpüsü” qurdu

Bugün TV

Britaniya Rusiyanın bir sıra maliyyə təşkilatlarına sanksiya tətbiq etdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu