2 C
Baku
14 Dekabr 2024, 20:15
Baş xəbərDünya

Benyamin Netanyahu dekabrın 2-də korrupsiya işlərində ifadə verəcək

Baş nazir Benyamin Netanyahunun ona qarşı korrupsiya işlərində ifadə verməsinin sonrakı tarixə təxirə salınması tələbi məhkəmə tərəfindən rədd edilib. İsrailin Qəzzada qətliamları davam edərkən, ölkədə siyasi böhran yaşanır.

Qırğınların memarı olan baş nazir Benyamin Netanyahu korrupsiya işlərində problem yaşayır.

İşğal altındakı Şərqi Qüdsdə yerləşən İsrailin Qüds Rayon Məhkəməsi Netanyahunun dekabrın 2-də ona qarşı korrupsiya işlərində keçiriləcək ifadəsinin daha sonrakı tarixə təxirə salınması tələbini müzakirə edib.

Məhkəmə Netanyahunun tələbini rədd edib və İsrail baş nazirinin ifadəsinin planlaşdırıldığı kimi dekabrın 2-də başlayacağına qərar verib.

Netanyahu Qəzza zolağına edilən hücumları və Livanda Hizbullah ilə münaqişələri əsas gətirərək korrupsiya işlərində ifadə verəcəyi tarixin təxirə salınmasını istəyib.

Vəkilləri Netanyahunun Qəzzaya hücumlar və Livandakı qarşıdurmalar səbəbiylə “mühakimə hazırlığının mümkünsüz olduğunu” iddia edərək, ifadəsinin iki ay yarım təxirə salınmasını istəyib.

KORRUPSİYA İŞLƏRİ

21 noyabr 2019-cu ildə İsrailin Baş Prokuroru Avichai Mandelblit Netanyahuya qarşı üç ayrı korrupsiya işi üzrə “rüşvət alma, etibara xəyanət və vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün sui-istifadə” ittihamı ilə iddia qaldırılmasını istəyib.

Vəzifədə olarkən mühakimə olunan ilk İsrail Baş naziri Netanyahunun ilk iclası 24 may 2020-ci ildə Qüds Rayon Məhkəməsində keçirilib.

Korrupsiya təhqiqatı çərçivəsində Şaul Eloviçə məxsus “Bezeq” telekommunikasiya şirkətinə daxil olan “Walla News” saytının şirkətə 276 milyon dollar dəyərində maliyyə imtiyazları verməkdə ittiham olunması diqqət çəkir. Netanyahu Ailəsinin lehinə xəbər.

Netanyahuya qarşı ittihamlar arasında Rabitə Nazirliyinin baş direktoru Avi Bergerin yerinə seçki kampaniyalarını idarə edən Şlomo Filberi təyin etməklə, qanunsuz olaraq Şaul Eloviçin xeyrinə hökumət siyasətini həyata keçirmək daxildir.

Rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə çərçivəsində işlənən faylda onun İsrailli Hollivud film prodüseri Arnon Milchan və avstraliyalı milyarder Ceyms Pakerdən hədiyyə adı altında 283 min dollar dəyərində şampan, siqar, zinət əşyaları və təyyarə bileti aldığı iddia edilir.

İttihamnamədə bildirilir ki, hədiyyələrin Netanyahuya siyasi mənfəət müqabilində verildiyinə dair kifayət qədər sübutlar var.

Həmçinin iddia edilir ki, “Yediot Ahronot” qəzetinin sahibi Arnon Mozes və Netanyahu qəzetin “Likud” liderinin lehinə olan redaksiya siyasəti müqabilində rəqib “İsrael Hayom” qəzetinin rəqabət qabiliyyətini azaltmaq üçün hüquqi tənzimləmələr etməyə razılaşıblar.

Məhkəmənin sonunda təqsirli bilinəcəyi təqdirdə 10 ilə qədər həbs cəzası alacağı ehtimal edilən Netanyahu 3 ayrı işdə ittihamlara qarşı günahsız olduğunu israr edir və ittihamları rədd edir.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Prezidentliyə namizəd Fazil Mustafa səs verdi

Bugün TV

Günəşin doğuşunda əks olunan ‘ay-ulduz’ silueti görüldü

Aynur Camal

Qəzzada şəhidlərin sayı 37 min 925-ə yüksəldi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu