Baş xəbərDünya

Berlində Ukrayna bayrağının asılmasına icazə verildi

Bugun.tv xəbər verir ki, Berlin mayın 8 və 9-da Sovet memoriallarında Ukrayna bayraqlarının istifadəsinə icazə verib.

Lakin Rusiya bayraqlarına qoyulan qadağa hələ də qalmaqdadır.

“Biz mayın 8-də və 9-da Berlin polisinin Ukrayna bayraqlarına qadağa qoymasının qanunsuzluğunu sübuta yetirə bildik” – vəkil Patrick Heinemann öz Twitter səhifəsində məlumat verib.

Eyni zamanda, Almaniyanın paytaxtında polisin qərarı ilə artıq ikinci ildir ki, sovet memoriallarında Rusiya Federasiyasının və SSRİ-nin bayraqlarının və rəmzlərinin taxılmasına qadağa qoyulacaq. Bu, diplomatlar və veteranlar istisna olmaqla, hamıya aiddir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Yatmazdan əvvəl yemək qaraciyər xəstəlikləri riskini artıra bilər

Aynur Camal

Süni intellekt detektorları yazıçıları haqsız yerə ittiham edir

Aynur Camal

Şimali Koreya Cənubi Koreya sərhədi boyunca təbliğat səsgücləndiricilərini işə salacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu