Digər

Bi-2 qrupunun beş musiqiçisi Banqkokdakı müvəqqəti saxlama mərkəzinə yerləşdirildi

Bugun.tv xəbər verir ki, Rusiyanın “Bi-2” rok qrupunun beş musiqiçisi Banqkokdakı müvəqqəti saxlama mərkəzinə yerləşdirilib. TASS xəbər verir ki, bu barədə Rusiyanın Tailanddakı səfirliyinin konsulluq şöbəsi məlumat yayıb.

Konsulluq “Biz Taylandın immiqrasiya orqanlarından bu Rusiya vətəndaşlarının Polisin Tayland İmmiqrasiya Bürosunun müvəqqəti saxlanma mərkəzində olduqları barədə bildiriş almışıq” qeyd edib.

Yanvarın 29-dan müvəqqəti saxlama təcridxanasında olan sənətçilər arasında musiqi qrupunun bateristi Boris Livşits, fleyt və klaviatura ifaçısı Yan Nikolenko, gitara ifaçısı Andrey Zvonkov, basçı Maksim Andryuşşenko və aranjimançı Qleb Kolyadin də var.

Bir müddət əvvəl Rusiyanın “Bi-2” rok qrupunun solisti Leva (Rusiya Federasiyasında xarici agent kimi tanınan Yeqor Bortnik) qrup üzvlərinin icazəsiz konsertlər keçirdikləri üçün Tailandda saxlanmasına münasibət bildirib.

Mənbə lenta.ru

Müxbir Qaytən Qasımzadə

İntizar Əmirova

Oxşar xəbərlər

“Whatsapp” da yeni funksiya

Könül Kərimova

Ali məktəblərə qəbul üzrə sınaq imtahanının nəticələri yaxın 10 gün ərzində elan ediləcək

Kəmalə Sultan

Əcnəbilərlə ailə quranların sayı 2 dəfə artıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu