25 C
Baku
27 İyul 2024, 7:44
Dünya

Bir ailənin bağçasına düşən meteorit Hamburqdakı muzeydə sərgilənəcək

25 aprel 2023-cü ildə Almaniyanın Elmshorn şəhərində yaşayan Mahmut Şahinin bağına düşən meteorit təxminən 400 min avro dəyərində qiymətləndirilib. Uzun sürən danışıqlar nəticəsində Mahmut Şahin Hamburq Təbiət Muzeyi ilə razılığa gəlib.

Aprelin 25-də Almaniyanın Elmshorn şəhərində yaşayan Mahmut Şahinin evinin bağçasına meteorit düşüb. 3 kilo 700 qram ağırlığında olan meteorit araşdırıldıqdan və onun 4,5 milyard yaşında olduğu müəyyən edildikdən sonra onu almaq istəyən kolleksiyaçılar Şahinə yüz minlərlə avro dəyərində təkliflər ediblər.

Mahmut Şahin bir illik danışıqlardan sonra meteoriti Hamburq Təbiət Muzeyinə vermək qərarına gəlib. Tərəflərin nə qədər pula razılaşdığı gizli saxlanılır.

TRT Haber-ə danışan Şahin, “Hamburq Təbiət Muzeyi ilə bir nəticəyə gəldik. Hər iki tərəf razıdır. Bundan sonra daşımız Hamburqda ömürlük sərgilənəcək. İstərdim ki, hamı görsün. Biz bir ailə olaraq bu hekayənin bir hissəsi olmaq istədik. Ona görə də düşündük ki, muzeyə verilsə, daha yaxşı olar” deyə vurğulayıb.

Muzeydə keçirilən meteorit tanıtım tədbirində çıxış edən Meteorit Tədqiqatçısı Dr. Stefan Peters, Şahin ailəsinin evinin bağçasına düşən meteoritin elmi baxımdan dünyada bənzərsiz bir parça olduğunu söyləyib.

“Bir il ərzində çox şey baş verdi” Peters deyib. Uzun danışıqlar oldu. Dəfələrlə görüşdük. Bir çox elm adamı daşı tədqiq etmişdir. Araşdırmalar nəticəsində elmi baxımdan çox şey öyrəndik. Meteorit və Günəş sisteminin formalaşması haqqında yeni məlumatlar əldə etdik.

Böyük meteor kolleksiyasına malik Hamburq Təbiət Muzeyində sərgilənəcək Meteorit aprelin 27-dən etibarən ziyarətçilərin ixtiyarına veriləcək.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna Baş Qərargahı Klişçiyevka kəndinin azad edildiyini açıqladı

Bugün TV

Avtomobilin vurduğu 6 yaşlı uşaq dünyasını dəyişdi

Bugün TV

Gecə hava hücumu: Kiyevdə partlayış səsləri eşidildi, hava hücumundan müdafiə işləyirdi

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu