25 C
Baku
27 İyul 2024, 4:38
Dünya

“Bir həftə ərzində ölkəmizi tərk edin!” 

Ukraynaya hücumlarını davam etdirən Rusiya tez-tez Avropa, ABŞ və İngiltərə ilə gərginlik yaşayır.

İngiltərə, Rusiyanın zərərli kəşfiyyat fəaliyyətləri səbəbiylə yeni bir qərar verdi. Belə ki, Böyük Britaniya Rusiyanın müdafiə attaşesini ölkədən çıxaracağını və Rusiya ilə əlaqəli bəzi mülklərin diplomatik statusunu ləğv edəcəyini elan edib.

Buna görə də, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Böyük Britaniyanın Moskvadakı səfirliyinin hərbi attaşesinin “persona non-qrata” elan edildiyi açıqlanıb və deyib: “Mayın 6-da Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və bu ölkənin səlahiyyətli orqanları tərəfindən göstəriş verilib”.  Rusiyanın Londondakı səfirliyindəki hərbi attaşe ilə bağlı mayın 8-də qəbul edilən düşmənçilik və əsassız qərara kəskin etiraz olub. Yuxarıdakı qərara cavab olaraq Britaniya diplomatına məlumat verilib ki, Böyük Britaniyanın Moskvadakı səfirliyinin hərbi attaşesi Andrian Koqill “persona non-qrata” elan edilib. O, bir həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidir”.

Açıqlamada “Gərginliyi artıranlara növbəti cavab addımları barədə məlumat veriləcək” deyilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Türk futbolçu: ‘Cristiano Ronaldo’ olmaq istəyirəm

Teymur Əziz

Məşhur aparıcıdan heyranedici yeni il hədiyyəsi-FOTO

Sevinc Sadıqova

AB ilə Ukrayna arasında yeni təhlükəsizlik sazişi: İmza gözləməsi davam edir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu