25 C
Baku
27 İyul 2024, 3:52
Dünya

Bir İsrail gəmisi vuruldu

Husilər Ədən körfəzində İsrail gəmisini vurduqlarını bildiriblər

Yəməndəki husilər Ədən körfəzində İsrail gəmisinə və İsrailin cənubundakı Eylat sahilindəki hədəflərə raketlər və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. Husilərin Hərbi Sözçüsü Yəhya Seri televiziya çıxışında İsrailin MSC Darwin gəmisini Ədən körfəzində raketlər və pilotsuz uçuş aparatları ilə hədəf aldıqlarını və məqsədlərinə çatdıqlarını bildirib.

Seri, İsrailin cənubundakı Eylat sahil şəhərindəki hədəflərə də raket hücumları həyata keçirdiklərini bildirib.

Husi qüvvələrinin Qırmızı dəniz, Oman dənizi və Hind okeanında İsrail və ona bağlı olanların naviqasiyasını əngəlləməyə davam etdiyini ifadə edən Seri, “İşğal altındakı Fələstində düşmən İsrailin hədəflərinə qarşı daha çox hərbi əməliyyatlar həyata keçirməyə davam edirik. Əməliyyatlarımız. İsrail təcavüzünü dayandırmayınca Fələstin xalqına dəstək davam edəcək” deyib.

Yəməndə İranın dəstəklədiyi husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri ticarət gəmilərini ələ keçirir və bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücumlar təşkil edir.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu”nun yaradıldığını açıqlayıb.

ABŞ və İngiltərənin Yəməndə nəzarəti altında olan bölgələrə hücumlarından sonra husilər bu iki ölkənin bütün gəmilərini hədəf alacaqlarını açıqlayıblar.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

“Casus peyk buraxmağa hazırıq”

Aynur Camal

Rubl və lirə dəyərsizləşdi, manatı nə gözləyir?

Nigar Məmmədova

Bayden Maliyyə Məsuliyyəti Qanununu imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu