25 C
Baku
3 İyul 2025, 11:19
Dünya

 Bir tərəfdə atəşkəs iddiaları, bir tərəfdə qırğın!

 İsrail iki Hizbullah komandirini öldürüb

İsrail Müdafiə Qüvvələri (IDF) Hizbullahın Ridvan Bölməsindəki tank əleyhinə birliklər və sahil bölgəsindəki əməliyyatlara cavabdeh olan 2 Hizbullah komandirinin öldürüldüyünü açıqlayıb. İsrail Livana qarşı hücumlarını fasiləsiz olaraq davam etdirir. Keçən həftədən bəri həyata keçirilən hava zərbələrində Hizbullaha məxsus 140-dan çox reaktiv yaylım atəşi qurğusunun məhv edildiyi bildirilib. Bəyanatda həmçinin Hizbullahın Rıdvan Bölməsində tank əleyhinə birliklər və sahil bölgəsindəki əməliyyatlara cavabdeh olan iki yüksək səviyyəli komandirin də öldürüldüyü bildirilib. “Hizbullah” komandirləri ilə bağlı hələlik açıqlama verməyib.

İsrail ordusu tərəfindən paytaxt Beyrutun cənubu üçün yeni təxliyə əmri verilib. İsrail Silahlı Qüvvələrinin sözçüsü Aviçay Adraee, “Siz İDF-nin əməliyyat keçirəcəyi Hizbullah obyektlərinin yaxınlığındasınız”.

Özünüzün və ailə üzvlərinizin təhlükəsizliyi üçün təcili olaraq bu binaları və yaxınlıqdakı binaları boşaltmalı və bu binalardan ən azı 500 metr aralıda dayanmalısınız.

Digər tərəfdən hücumların davam etdiyi Livanda İsrailin atəşkəsə hazırlaşdığı iddia edilib. “The Washington Post” qəzetinin üç hazırkı və keçmiş İsrail rəsmisinə əsaslanan xəbərində İsrailin “Trampın xarici siyasətdə erkən qələbəsini təmin etmək üçün” Livanda atəşkəs razılaşmasını sürətləndirmək istədiyi iddia edilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

2 mərtəbəli bina uçdu: 10 nəfər öldü, 7 nəfər yaralandı

Aynur Camal

Aleksandr Duqinin qızının avtomobilində partlayış baş verib-FOTO

Aynur Camal

Beynəlxalq hava limanında 300 güllə tapıldı! Cənubi Koreya ABŞ əsgərlərindən şübhələnir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu