DünyaSiyasət

“Biz soyuq müharibə düşüncəsinə qarşı çıxmalıyıq və qarşıdurmanı əngəlləməliyik”

“Çin və Fransa hökuməti bir-birini dəstəkləyəcək. Qlobal idarəetmənin optimallaşdırılmasına birgə kömək edəcəklər”.

Bugun.tv xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin Pekində Fransa prezidenti Emmanuel Makronla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz sadəcə dostluq və hərtərəfli görüş keçirdik. Çin və Fransa bir-birini dəstəkləyəcək. Həmçinin, qlobal idarə sistemində münasibətlərin yaxşılaşdırılmasına kömək edəcəklər”, – Cinpin vurğulayıb.

“Pekin və Paris çoxqütblü dünya nizamını və beynəlxalq münasibətlərin demokratikləşməsini birgə təşviq etməlidir. Biz soyuq müharibə düşüncəsinə qarşı çıxmalıyıq və qarşıdurmanı əngəlləməliyik. Bütün növ qlobal çağırışlara birgə qarşı çıxmalıyıq”,- Cinpin söyləyib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron hazırda Çində rəsmi səfərdədir.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Mail.ru poçtunda böyük dəyişiklik: xarici proqramlara giriş pullu ola bilər

Aynur Camal

Böyük Britaniyada 17 min illik mağara rəsmləri yenidən qiymətləndirilib

Aynur Camal

Avropada isti hava həyəcanı: Fransa və Belçikada narıncı xəbərdarlıq elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu