23 C
Baku
25 Sentyabr 2026, 22:27
Avropa, qaz ehtiyatları, Bloomberg, BloombergNEF, enerji böhranı, isti hava, qış mövsümü, enerji istehsalı
Dünya

Bloomberg: İsti hava Avropanın qaz çatışmazlığını azalda bilər

Bugun.tv xəbər verir ki, Avropada havaların normadan daha isti keçməsi qarşıdakı istilik mövsümündə qaz ehtiyatlarının çatışmazlığını qismən azaltmağa kömək edə bilər.

BloombergNEF analitiklərinin məlumatına görə, oktyabrın 7-dək Avropada orta temperaturun 15,1 dərəcə Selsi olması gözlənilir. Bu göstərici son 10 ilin orta temperaturundan təxminən 9 faiz yüksəkdir.

Proqnozlara əsasən, isti hava dekabrın əvvəlinə qədər davam edə bilər. Qışın əvvəlində temperaturun 10 illik normadan təxminən 0,3 dərəcə yüksək olacağı gözlənilir.

Bloomberg bildirir ki, Avropada yeraltı qaz anbarlarından mövsümi istifadə dövrü başlayır. Hazırda qaz ehtiyatlarının doluluq səviyyəsi 70 faiz təşkil edir. Bu göstərici son 10 ilin orta səviyyəsindən 16,8 faiz bəndi aşağıdır.

Analitiklər hesab edirlər ki, havaların mülayim keçməsi qaz istehlakını azaldaraq anbarlardakı ehtiyat çatışmazlığını müəyyən qədər kompensasiya edə bilər.

Bununla yanaşı, isti qış külək enerjisinin istehsalına mənfi təsir göstərə bilər. Belə vəziyyətdə Avropa ölkələrinin enerji tələbatını qarşılamaq üçün atom, hidro və geotermal enerji istehsalına daha çox ehtiyac duyması mümkündür.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqaz üçün yeni imkanlar açıb

Aynur Camal

Bayramov və Mirzoyan Nyu-Yorkda görüşdülər

Aynur Camal

Kolumbiya İranla diplomatik əlaqələri kəsdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu