Image default
Dünya

BMT Baş katibi: Süni intellekt qanunlardan daha sürətlə inkişaf edir

BMT-nin Baş katibi Antonio Quterreş süni intellekt texnologiyalarının onların tənzimlənməsi üçün hazırlanan hüquqi mexanizmlərdən daha sürətlə inkişaf etdiyini bildirib.

Bugun.tv xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Quterreş Cenevrədə keçirilən hökumətlər səviyyəsində ilk Qlobal Süni İntellekt İdarəçiliyi Dialoqunda çıxışı zamanı bildirib ki, süni intellekt iqtisadiyyatı, əmək bazarını, seçkiləri və qlobal təhlükəsizliyi dəyişdirə biləcək gücə malikdir və bu texnologiyanın inkişafı artıq mövcud qanunvericilikdən daha sürətlə gedir.

BMT Baş katibi xüsusilə uşaqların süni intellekt vasitəsilə manipulyasiya və zərərli məzmunun təsirindən qorunmasının vacibliyini vurğulayıb. O, texnologiya şirkətlərini məhsullarını istifadəyə verməzdən əvvəl onların uşaqlar üçün təhlükəsizliyini təmin etməyə çağıraraq qlobal “Uşaq Təhlükəsizliyi Öhdəliyi”nin hazırlanmasını təklif edib.

Quterreş həmçinin süni intellekt sahəsində imkanların bir neçə ölkə və böyük texnologiya şirkətinin əlində cəmləşməsinin inkişaf etməkdə olan dövlətlər üçün ciddi risk yaratdığını bildirib. Onun sözlərinə görə, AI sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və vahid qlobal qaydaların hazırlanması artıq zərurətə çevrilib.

Cenevrədə keçirilən iki günlük beynəlxalq forumda hökumətlər, texnologiya şirkətləri, alimlər və vətəndaş cəmiyyəti nümayəndələri süni intellektin təhlükəsiz və məsuliyyətli inkişafı ilə bağlı ilk qlobal prinsipləri müzakirə edirlər.

Mənbə: İnvesTing

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Rusiyaya nota verdi: Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsi PUA hücumuna məruz qalıb

Aynur Camal

Çin nüvə sualtı qayığından Sakit okeana raket buraxdı

Aynur Camal

Sky ITV-nin yayım biznesini 1,6 milyard funt sterlinqə alır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu