Baş xəbərDünya

BMT: Qazaxıstan dünyada qızılca xəstəliyinin ən çox yayıldığı ölkədir

Avropa və Asiyanın bir çox ölkəsində qızılca xəstəliyinə yoluxma hallarında artım müşahidə olunur. 100 min nəfərə düşən yoluxma hallarının sayına görə, Qazaxıstan dünya ölkələri arasında liderdir.

Bugun.tv Kazinform agentliyinə istinadla xəbər verir ki, dekabrın əvvəlinə olan məlumata görə, BMT-nin Uşaq Fondu (UNICEF) qızılca xəstəliyinin yayıldığı ölkələr sırasında Qazaxıstanın birinci yeri tutduğunu bildirib. Təşkilatın məlumatına görə, bu il oktyabr ayının sonunda ölkədə hər 100 min nəfərdən 69-u qızılcaya yoluxub. Qazaxıstan Səhiyyə Nazirliyinin son məlumatına görə isə noyabrın sonunda 100 min nəfərə düşən yoluxma hallarının sayı 88,9-a çatıb.

2023-cü ilin yanvar-oktyabr aylarında dünyada qızılcaya ən çox yoluxma Hindistanda müşahidə edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, on ay ərzində həmin ölkədə 61,6 minə yaxın yoluxma halı müəyyən olunub. İkinci yerdə ilin əvvəlindən 43,7 min nəfərin qızılcaya yoluxduğu Yəmən qərarlaşıb.

Həkimlər koronavirus pandemiyası zamanı qızılcaya qarşı immunizasiyadan imtina edilməsini infeksiyanın sürətlə yayılmasının səbəblərindən biri olduğunu deyirlər.

Aynur Camal

Oxşar xəbərlər

Zelenski: Rusiya təcrid olunub və tək qalıb

Aynur Camal

BMT xəbərdarlıq edir: Son 10 ildə dəniz səviyyəsinin qalxma sürəti iki dəfə artıb

Aynur Camal

Trump: İran Hörmüz boğazında patrul edən helikopterimizi vurub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu