27 C
Baku
27 İyul 2024, 3:32
Dünya

BMT: Sudanda məcburi köçkünlərin sayı 10 milyonu ötüb

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) vətəndaş müharibəsinin davam etdiyi Sudanda məcburi köçkünlərin sayının 10 milyonu keçdiyini bildirib.

BMqT-nin sözçüsü Mohammedali Abunajela Sudandakı köçkünlük böhranı ilə bağlı açıqlama verib.

Münaqişələrin yaşandığı Sudanda məcburi köçkünlərin sayının 10 milyonu keçdiyini qeyd edən Abunajela, “2 milyondan çox sudanlı xaricə, əsasən də qonşu Çad, Cənubi Sudan və Misirə getdi” deyib.

 Sudanda vətəndaş müharibəsi

Sudanda Ömər əl-Bəşirin 30 illik hakimiyyətinin xalq üsyanı ilə devrilməsindən sonra mülki şəxslərin iştirakı ilə qurulan hökumətə qarşı birgə çevriliş edən ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında hakimiyyət mübarizəsi başlayıb.

2023-cü ilin aprel ayının ortalarında başlayan və Sudanın əksər əyalətlərində davam edən müharibədə ordu şimal və şərq əyalətlərində öz üstünlüyünü qoruyur, HDK isə qərb və cənub əyalətlərində təsirli görünür.

BMT-nin məlumatına görə, dünyanın ən böyük köçkünlük və aclıq böhranının yaşandığı Sudanda münaqişələr nəticəsində 16 mindən çox insan həyatını itirib, 25 milyondan çox insan isə humanitar yardıma ehtiyac duyur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İki qaçqın düşərgəsinə hücum edildi

İntizar Əmirova

Uşaq baxıcısı 91 uşağa cinsi istismarda ittiham olunur

Bugün TV

Belarus cənubda sərhədin möhkəmləndirilməsinə münasibət bildirdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu