Livan, BMT sülhməramlıları, UNIFIL, Livan ordusu, Diodato Abagnara, BMT Təhlükəsizlik Şurası, Yaxın Şərq, beynəlxalq təhlükəsizlik
Dünya

BMT sülhməramlıları Livanın cənubundakı mövqelərini yerli orduya təhvil verir

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) cənub bölgəsində yerləşən bəzi mövqelərini Livan ordusuna təhvil verməyə başlayıb. Bu proses BMT missiyasının fəaliyyət müddətinin başa çatmasına hazırlıq çərçivəsində həyata keçirilir.

Bugun.tv xəbər verir ki, bu barədə Anadolu Agentliyi noyabrın 21-də Livanın Milli Xəbər Agentliyinə (NNA) istinadən məlumat yayıb.

UNIFIL missiyasının rəhbəri Diodato Abagnara Livanın Tir şəhərində yerli icmaların nümayəndələri ilə görüşündə təhlükəsizlik boşluğunun yaranmamasının vacibliyini vurğulayıb. O bildirib ki, missiyanın fəaliyyətinə aid əsas istiqamətlər – pozuntuların izlənilməsi və qeydə alınması, humanitar yardımın göstərilməsi, mülki əhalinin qorunması və yerli icmalara dəstək bundan sonra da davam etdirilməlidir.

Missiyanın çıxarılması 2027-ci ildə mərhələli şəkildə aparılacaq

Qeyd edək ki, UNIFIL 1978-ci ildən Livanın cənubunda fəaliyyət göstərir. Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi ilə 2006-cı ildə missiyanın səlahiyyətləri genişləndirilib. BMT Təhlükəsizlik Şurası 2025-ci ilin avqustunda missiyanın mandatını sonuncu dəfə uzadaraq onun 2026-cı il dekabrın 31-dək qüvvədə qalmasına qərar verib.

Mandat başa çatdıqdan sonra sülhməramlıların Livandan mərhələli şəkildə çıxarılmasının 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulur. Missiyanın gələcəkdə bölgədəki iştirakı isə BMT Təhlükəsizlik Şurasının qərarlarından asılı olacaq.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Şirniyyat fabrikində yanğın: 24 cəsəd torbası çıxarılıb, 50 işçinin yeri məlum deyil

Aynur Camal

Ümummilli tətil səbəbindən sabah uçuşların böyük hissəsi ləğv ediləcək

Aynur Camal

Zaxarova: NATO Rusiya ilə müharibə aparmaq istəyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu