Bugun.tv xəbər verir ki, Boeing boltlarının boş olduğu aşkarlanan 737 MAX təyyarə proqramının menecerlərindən birini işdən çıxarıb. Bu barədə The Seattle Times məlumat yayıb.
Mənbənin məlumatına görə, 737 MAX proqramının vitse-prezidenti və ABŞ-ın Renton şəhərindəki yekun montaj zavodunun baş meneceri Ed Klark tutduğu vəzifədən uzaqlaşdırılıb. Onu Kommersiya Hava Yolları Departamentinin vitse-prezidenti Keti Rinqqold əvəzləyib.
Boeing vurğuladı ki, kadr dəyişiklikləri istehsal olunan təyyarələrin keyfiyyətinə və təhlükəsizliyinə diqqəti artırmaq məqsədi daşıyır.
Yanvar ayında Alyaska Hava Yollarına məxsus 737 MAX 9 təyyarəsi Portlend hava limanında məcburi eniş edib. Uçuş zamanı təzyiqin azalması baş verib. Gövdənin bir hissəsi qapı ilə birlikdə çıxıb. Bu tipli təyyarələrin uçuşları dayandırılıb. Yoxlamalara başlanılıb. Daha sonra təyyarələrdə boş boltlar tapılıb.
Müxbir Qaytan Qasımzadə
Mənbə lenta.ru