11 C
Baku
7 Dekabr 2024, 21:46
Baş xəbərDünya

Borrell Cibaliya bölgəsinə qanlı hücumunu pislədi

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, İsrail ordusunun Qəzza zolağının şimalında Cibaliya bölgəsini hədəf alan və çox sayda mülki şəxsin ölümünə səbəb olan hücumunu şiddətlə qınadığını bildirib. Borrell X hesabında İsrail ordusunun Cibaliya bölgəsinə hücumu ilə bağlı paylaşım edib.

Çox sayda mülki şəxsin həyatını itirdiyi hücumu şiddətlə qınadığını bildirən Borrell, “Qəzzanın şimalında baş verənləri ifadə etmək üçün getdikcə “etnik təmizləmə” sözü istifadə olunur” deyib.

Borrell, Qəzzanın şimalında mülki əhalinin məcburi köçkünləşdirilməsinin və “gündəlik reallığa” çevrilən “aclığın silah olaraq istifadə edilməsinin” beynəlxalq hüququ pozduğunu ifadə edərək, bu bölgədə aclığın yayılması riskinə işarə edib.

Bölgədəki humanitar fəlakətin qarşısı alınmalı olduğunu bildirən Borrel, “işğalçı güc” olan İsrailin yardımların keçməsinə icazə vermək öhdəliyi olduğunu xatırladıb.

Borrell beynəlxalq ictimaiyyətin ən qısa zamanda hərəkətə keçməli olduğunu vurğulayaraq mesajını paylaşıb: “Beynəlxalq ictimaiyyət və İsrailin əsas müttəfiqləri də fələstinlilərin iztirablarına son qoymaq və əsirləri xilas etmək üçün təcili tədbirlər görməlidirlər”.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Oğlun anasını öldürməkdə şübhəli bilindi

Kəmalə Sultan

Mask Taker Karlsonu həbs etmək çağırışlarına cavab verdi

Aynur Camal

31 əcnəbi qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu