Rusiyalı həkim, Krasnodardakı “Будь Здоров” klinikasının baş həkim müavini Natalya Zaruçayeva bildirib ki, böyrək mənşəli ödemlərin özünəməxsus əlamətləri var.
Böyrək ödeminin əsas xüsusiyyətləri:
Əsasən səhər saatlarında, xüsusilə göz qapaqlarında və üzdə yaranır
Yumşaq, solğun və isti olur
“Axıcıdır” – yəni bədən mövqeyi dəyişəndə yerini dəyişə bilər
Böyrəklərin natrium və suyu xaric edə bilməməsi və ya zülal itkisi ilə bağlı yaranır
Həkim vurğulayır ki, səhər ödemin olmaması böyrəklərin sağlam olması demək deyil. Böyrək çatışmazlığı bəzən (məsələn, pielonefrit və ya polikistoz zamanı) görünən ödem olmadan da inkişaf edə bilər.
Digər ödem növləri ilə fərqlər:
Ürək mənşəli ödemlər – aşağıdan yuxarıya (ayaqdan baldıra) doğru artır, axşam yaranır, adətən sıx və soyuq olur.
Venoz ödem – əsasən varikoz zamanı, çox vaxt bir ayaqda müşahidə edilir.
Limfatik ödem – nadir hallarda rast gəlinir, çox sıx və geniş olur, uzun müddət keçmir.
Endokrin ödem – hipotireoz zamanı yaranır, selikli xarakter daşıyır, basdıqda çökəklik əmələ gəlmir.
Böyrək problemlərinin digər əlamətləri:
Səbəbsiz gecə tərləməsi
Dəridə səpkisiz qaşınma
Nəfəs darlığı
Təzyiq problemləri
“Narahat ayaqlar” sindromu
Səbəbsiz solğunluq və yorğunluq
Belə əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur.
Mənbə: mail.ru
