21 C
Baku
8 Oktyabr 2024, 3:51
Baş xəbərDünya

Böyük böhran! Hava limanında xidmətlər dayandırılıb

Keniyanın paytaxtı Nayrobidəki Como Kenyatta Beynəlxalq Hava Limanının Hindistan şirkətinə icarəyə verilməsi səbəbindən işçilər tətilə başlayıblar.

Keniya Aviasiya İşçiləri Həmkarlar İttifaqı (KAWU) hökumətin hava limanını Hindistanın Adani Qrupuna icarəyə vermə planına etiraz olaraq müddətsiz tətilə başlayıb.

Uzun gecikmələr və uçuşların dayandırılması səbəbindən yüzlərlə sərnişinin hava limanında qapalı qalmasından sonra hava limanı fəaliyyətini dayandırıb.

KAWU-nun yaydığı bəyanatda bildirilib ki, Ali Məhkəmə hava limanının Adani Qrupuna təhvil verilməsini dayandırsa da, hökumətin qərara reaksiya verməməsi səbəbindən üzvləri tətili davam etdirəcək.

Keniya hökuməti isə hava limanının modernləşdirilməsi üçün Adani Group ilə tərəfdaşlığın çox vacib olduğunu müdafiə edir.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Zəlzələ qurbanlarının haqq müraciəti təsdiqləndi

Bugün TV

Marsda bir il nə qədərdir?

Teymur Əziz

“Ujas” ləqəbli Birinci Qarabağ müharibəsi döyüşçüsünün öldüyü müəyyən edilib

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu