DünyaSiyasət

Böyük Britaniya Aİ ilə münasibətləri gücləndirmək üçün yeni sammit keçirməyi planlaşdırır

Bugun.tv xəbər verir ki, Böyük Britaniya hökuməti Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsi məqsədilə yay mövsümündən sonra yeni sammit keçirməyi planlaşdırır.

Reuters-in məlumatına görə, Böyük Britaniyanın Avropa İttifaqı ilə əlaqələr üzrə naziri Nik Tomas-Simonds bildirib ki, qlobal qeyri-müəyyənlik fonunda London ilə Brüssel arasında daha sıx əməkdaşlıq “son dərəcə vacibdir”.

Onun sözlərinə görə, sammitin əsas məqsədi Brexitdən sonra münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqları davam etdirməkdir. Hazırda tərəflər kənd təsərrüfatı məhsullarının ticarəti, emissiya ticarəti sistemlərinin əlaqələndirilməsi və gənclərin mobilliyi proqramı üzrə danışıqları davam etdirirlər.

Reuters qeyd edir ki, iyul ayına planlaşdırılan sammit Böyük Britaniyada baş nazir dəyişikliyi səbəbindən təxirə salınıb. Bununla belə, London texniki danışıqların fasiləsiz davam etdiyini və yeni hökumət formalaşdıqdan sonra sammitin keçirilməsində maraqlı olduğunu bildirir.

Britaniya hökuməti, həmçinin Avropa İttifaqının bəzi iqtisadi və müdafiə proqramlarında iştirak imkanlarını genişləndirməyə çalışır. Məqsəd Avropa ilə ticarət əlaqələrini və təchizat zəncirlərini daha da möhkəmləndirməkdir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Yaşayış binasında baş verən yanğında azı 6 nəfər öldü

Aynur Camal

250 illik yubiley münasibətilə “Böyük Amerika Dövlət Sərgisi” açılıb

Aynur Camal

109, 104 və 103 yaşlı üç bacının uzunömürlülük sirri araşdırılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu