Digər

Böyük Britaniyada əczaçılıq sektorunda oğurluq və aqressiya halları artdı

Bugun.tv xəbər verir ki, bu ölkənin Milli Əczaçılıq Assosiasiyasının apardığı sorğuya görə, son bir ildə apteklərin təxminən 90 faizindən oğurluq və işçilərə qarşı aqressiv davranışların artdığı bildirilib. Belə ki, sorğuya qatılan 500 aptekin 87 faizi işçilərinə qarşı ən azı bir dəfə qorxuducu davranış müşahidə edib, 22 faizi isə əməkdaşların fiziki hücuma məruz qaldığını qeyd edib. Assosiasiyanın rəhbəri Henri Qreq nəticələri “dəhşətli” adlandırıb. Həmçinin deyib ki, ölkə üzrə 500-dən çox şəhər mərkəzində oğurluqların və əlaqəli cinayətlərin qarşısını almaq üçün əlavə polis patrulları təşkil olunub. Apteklərin nümayəndələri isə polis müdaxiləsinin kifayət qədər effektiv olmadığını diqqətə çatdırıblar.

Bugün TV

Oxşar xəbərlər

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu