Digər

Böyük Britaniyada enerji xərcləri artırılacaq

Bugun.tv “Independent”ə istinadla xəbər verir ki, ölkənin enerji bazarlarını tənzimləyən “Ofgem” qurumu tariflərdə 2 faiz artım nəzərdə tutulduğunu bildirib. Bununla da illik orta hesabla enerji haqqı 1720 funtdan 1755-ə yüksələcək. Əvvəllər aparılan proqnozlarda isə oktyabr ayından qiymətlərin təxminən eyni məbləğdə ucuzlaşacağı bildirilirdi. Ötən ay verilən açıqlamaya görə, aprel-iyun dövründə tətbiq olunan yuxarı hədd ilə müqayisədə enerji haqları təxminən 7 faiz azaldılmışdı. Bu dəyişiklik əsasən enerji topdansatış qiymətlərinin və təchizatçıların xərclərinin azalması ilə əlaqələndirilmişdi.

Bugün TV

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu