Digər

Böyük Britaniyaya qanunsuz keçən miqrantların deportasiyası başladı

La-Manş boğazını qanunsuz keçərək Böyük Britaniyaya daxil olan ilk miqrantlar London və Paris arasında əldə edilmiş yeni deportasiya razılaşması çərçivəsində saxlanılıblar.

Bugun.tv BBC-yə istinadla xəbər verir ki, avqustun 6-da qüvvəyə minmiş pilot layihə çərçivəsində miqrantlar Dover limanında Böyük Britaniyanın Sərhəd Xidməti tərəfindən tutulublar.Bu ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasına görə, saxlanılan şəxslər immiqrasiya saxlama mərkəzlərinə yerləşdiriləcək və daha sonra Fransaya deportasiya olunacaqlar.Daxili işlər naziri İvet Kuper saxlanılanların dəqiq sayını açıqlamayıb, lakin onların deportasiyasına qarşı irəli sürüləcək mümkün hüquqi iddialara qarşı mübarizəyə hazır olduqlarını vurğulayıb.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu