Braziliya və Çinin ikitərəfli ticarətdə dollardan imtina etməsi Latın Amerikası üçün ciddi nəticələrə səbəb olacaq.
Bugun.tv xəbər verir ki, bu barədə San Paulo Universitetindən Pedro Kosta Junior TASS-a bildirib.
“Bu, Çin üçün ilk təcrübə deyil. Artıq 25 ölkə ilə yuanla ticarət edir. Buna baxmayaraq, Latın Amerikasında Braziliya həqiqətən fərqli səviyyədədir. ABŞ-ın keçmiş prezidenti Harri Trumanın dediyi kimi, Braziliya hara getsə, bütün region onun ardınca gedəcək”, – Pedro Kosta Junior bildirib.
O, bildirib ki, Braziliya qitənin ərazisinin və əhalisinin təxminən yarıdan çoxunu təşkil edir. Latın Amerikasının digər ölkələri də Çinlə bu cür ticarətin başlanmasından qısa müddət sonra Braziliyanı da izləyəcəklər.
Xatırladaq ki, martın 29-da Braziliya və Çinin mərkəzi bankları ofşor klirinq ofisinin yaradılması barədə razılığa gəliblər. Çin 2009-cu ildən bəri Braziliyanın əsas ticarət tərəfdaşıdır.