Digər

BRIDGE Summit 2025 — media, texnologiya və yaradıcılıq dünyasını birləşdirən qlobal tədbir başladı

Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində — BRIDGE Summit 2025 start götürüb. Bu, media, kontent, texnologiya və yaradıcılıq sahələrini bütöv şəkildə birləşdirməyi hədəfləyən qlobal forumdur.

Tədbirin ölçüsü kifayət qədər böyükdür: planlaşdırıldığı kimi, Summit-ə 60 000-dən çox iştirakçı, 430+ spiker və 300-dən çox exhibitor qatılacaq.

İlk gündə isə tanınmış aktyor və prodüser Idris Elba çıxış edərək, yaradıcıların qlobal media məkanında güclü platformaya malik olduğunu vurğulayıb. O, xüsusilə Afrika yaradıcılığının dünya səhnəsində söz sahibi ola biləcəyini bildirib.

Summit-də media, gamer-ekosistem, musiqi, texnologiya, marketing və vizual kontent kimi 7 əsas istiqamət üzrə sessiyalar keçiriləcək. Məqsəd — sosial media, süni intellekt, yaradıcı sənətlər və biznesi birləşdirərək “məzmun iqtisadiyyatı”nın gələcəyini formalaşdırmaqdır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu