Dünya

Britaniya ordusu əsgərləri “Fortnite” tipli virtual dünyalarda hazırlayır

Böyük Britaniya ordusu əsgərlərin hazırlanması üçün yeni nəsil virtual simulyasiya sistemlərindən istifadə edəcək.

Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın Skyral şirkəti Müdafiə Nazirliyinin təxminən 2 milyard funt sterlinqlik müqaviləsini qazanaraq ordunun təlimi üçün real şəhərləri və döyüş meydanlarını əks etdirən rəqəmsal platforma hazırlayacaq.

Sistem adi kompüter oyunlarından fərqli olaraq təkcə döyüşü deyil, qəbul edilən qərarların nəticələrini də modelləşdirir. Məsələn, raket zərbəsinin yaşayış məntəqəsinə və ya elektrik stansiyasına endirilməsi halında insanların davranışı, infrastrukturun fəaliyyəti və logistika zəncirində yaranan dəyişikliklər virtual mühitdə canlandırılır.

Şirkət bu texnologiyanı “rəqəmsal əkiz” (Digital Twin) adlandırır. Platformada Riqa kimi real şəhərlər küçə və binalarına qədər dəqiqliklə modelləşdirilir, əhalinin yaş strukturu, sosial davranışı və mühüm infrastruktur da simulyasiyaya daxil edilir.

Skyral-ın həmtəsisçisi Naomi Hulm bildirib ki, bu sistemi sadə dillə “steroidlərlə gücləndirilmiş Fortnite” adlandırmaq olar. Onun sözlərinə görə, məqsəd əsgərlərə təkcə döyüşməyi deyil, qərarlarının mülki əhali, enerji infrastrukturu və ümumi vəziyyətə necə təsir etdiyini öyrətməkdir.

Mütəxəssislər hesab edirlər ki, bu cür simulyasiyalar canlı hərbi təlimlərdən daha ucuz başa gəlir və əsgərlərə eyni ssenarini dəfələrlə məşq etməyə imkan yaradır.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Dörd gün ərzində 22 sərnişin reysi bomba hədəsi ilə üzləşdi

Aynur Camal

Dərsləri daha səmərəli öyrənmək üçün 10 faydalı üsul

Aynur Camal

Evləri ayda 1 avroya kirayə verirlər – əvəzində biliklərini bölüşməyi istəyirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu