28 C
Baku
27 İyul 2024, 12:02
Dünya

Britaniya Rusiya səfirini Nazirliyinə çağırdı

İngiltərə Rusiyanın Londondakı səfiri Andrey Kelini “ölkə ərazisində düşmənçilik fəaliyyəti” əsas gətirərək Xarici İşlər Nazirliyinə çağırıb.

“Birləşmiş Krallıq Rusiyanın Böyük Britaniya ərazisində düşmənçilik fəaliyyəti həyata keçirdiyinə dair iddialardan, habelə Rusiyanın başqa bir suveren dövlətin ərazisində bu cür fəaliyyətlərə sponsorluq etdiyi bildirilən davranışlardan narahatdır”, – Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Açıqlamada, səfir Kelinin sözügedən fəaliyyətlər çərçivəsində Xarici İşlər Nazirliyinə çağırıldığı və bu fəaliyyətlərin dərhal dayandırılması lazım olduğu bildirilib.

Bəyanatda Rusiyadan qaynaqlanan təhdidlərə qarşı müttəfiqlərlə əməkdaşlığın davam etdiriləcəyi qeyd edilib.

İngiltərə Krallığı Prokurorluğunun dünən verdiyi açıqlamaya görə, Dylan Earl adlı şəxs aprelin 10-da “xarici güc təhdid fəaliyyətlərində iştirak etdiyi” səbəbi ilə saxlanılıb və aprelin 19-20-də keçirilən məhkəmədə həbs edilib.

Erl Milli Təhlükəsizlik Qanununu pozaraq ictimai sağlamlıq və təhlükəsizliyə təhlükə yaradan hərəkətə hazırlıq, yanğın törətmək və xarici kəşfiyyat xidmətinə kömək etməkdə ittiham olunur.

Eyni istintaqda Paul English, Nii Mensah və Jake Reeves yandırmaqda, Reeves də xarici kəşfiyyat xidmətindən maliyyə faydası almaqda günahlandırılıb.

Dmitriyus Paulauska terror aktları haqqında məlumata malik olmaqda ittiham olunur.

Mənbə: TrtHaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Sudanda toqquşmalarda ölənlərin sayı 500-ü keçdi

Nigar Məmmədova

Ağıllı uşaq avtomobil oturacağı yaradılıb

Aynur Camal

Samsung-dan qatlana bilən telefon və ağıllı üzük

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu