25 C
Baku
27 İyul 2024, 4:52
Dünya

Britaniya vətəndaşı məhbus Qəzzada

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları bir aydan çox əvvəl İsrail ordusunun Qəzza zolağının şimalına hücumu zamanı yaralanan Britaniya vətəndaşı və İsrail məhbusu Nadav Popplevelin öldüyünü açıqlayıb.

İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde Telegram-da dərc etdiyi yazılı açıqlamada deyib: “İngiltərə vətəndaşlığına malik 51 yaşlı məhbus Nadav Popplevel sionist döyüş təyyarələrinin onunla birlikdə saxlandığı yeri hədəf alması nəticəsində aldığı xəsarətlər səbəbilə dünyasını dəyişib”.

Əbu Ubeyde İsrailin Qəzza zolağında xəstəxanaları dağıtması və xəstəxanaların xidmətdən çıxması səbəbindən 51 yaşlı Popplevelin intensiv tibbi yardım ala bilmədiyinə diqqət çəkərək, səhhətinin pisləşdiyini və həyatını itirdiyini vurğulayıb.

İzzəddin Əl-Qəssam Briqadaları dünən bir israilli məhbusun saxlandığı yerdə intihara cəhd etdiyini və son anda xilas edildiyini açıqlamışdı.

Misir və Qətərin vasitəçiliyi ilə hazırlanan yeni atəşkəs və qarşılıqlı məhbus mübadiləsi sazişi Qahirədə müzakirə olunur. İsrail HƏMAS-ın atəşkəs təklifinə cavab vermədən Qahirəyə nümayəndə heyəti göndərməyəcəyini və müharibəni dayandırmağa razı olmadığını açıqlayır. İsrailin yüksək vəzifəli şəxsləri, xüsusilə də İsrailin Baş naziri Benyamin Netanyahu, xəbərdarlıqlarına baxmayaraq, Qəzza zolağının cənubunda ən azı bir dəfə məcburi köçkün edilmiş təxminən 1,5 milyon fələstinlinin sığındığı Rəfaha qurudan hücuma keçəcəklərini təkrarlayır.

HƏMAS isə imzalanacaq əsir mübadiləsi müqaviləsində Qəzzada müharibəyə son qoyacaq daimi atəşkəsin təmin edilməsini tələb edir. İsrail hakimiyyətinin məlumatına görə, Qəzza zolağında bəziləri sağ, bəziləri isə ölü olmaqla 130-dan çox israilli məhbus var.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin Qəzzaya hücumları zamanı öldürülən israilli məhbusların sayının 70-i keçdiyini açıqlayıb. İsrailli məhbusların yaxınları və onların tərəfdarları xəbərdarlıq edir ki, Rəfaha hücum “məhbusların həyatına məhəl qoymamaq deməkdir”.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

“Meymun çiçəyi” təhlükəsi…

Nigar Məmmədova

Burada üzməyi belə düşünməyin!

Aynur Camal

Rusiyanın Xarkova hücumları davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu