Image default
Siyasət

“Bu gün Ağdam şəhəri günü ilə qeyd olunur”

“Erməni vəhşiliyi nəticəsində tamamilə dağıldılmış Ağdam şəhəri artıq sürətli bərpa və yenidən qurma mərhələsinə daxil olub. Cənab Prezidentin rəhbərliyi ilə Ağdam şəhəri və rayonun kəndləri intensiv şəkildə və müasir standartlara uyğun olaraq yenidən qurulur” – deyə deputat Vüqar Bayramov öz sosial media hesabında bu günlə bağlı şərh paylaşıb.

Siyasi ekspert vurğulayıb ki, Ermənistanın 27 illik işğalından əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf etmişdi. Ağdam rayonun torpaqlarının 92 faizi əkin üçün yararlı torpaqlardır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir.

Təsdiq olunmuş Baş Plan göstərir ki, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək. İşğaldan əvvəl rayonda istehsal edilən bir sıra məhsullar keçmiş SSRİ-də brend olub. Məsələn, şərab məhsulları keçmiş SSRİ-də xüsusi müqayisəli üstünlüyə malik idi.

Ağdama yerli investisiya ilə yanaşı, xarici investisiyanın da cəlb edilməsi həyata keçirilir. Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxili, bir qisminin xaricə ixrac edilməsi nəzərdə tutulur.

Böyük turizm potensialına malik olan Ağdam rayonunun təbiəti və tarixi abidələri turist cəlb etmək baxımından üstünlüyə malikdir. Ağdamda xüsusilə yay turizm imkanları genişdir. Ağdam istehsal olunan məhsulların bir qisminin Şimal-Cənub nəqliyyat dəhlizi ilə ixrac imkanına malik olacaq. Bu da Ağdamın qeyri-neft sektorunda ixracata xüsusi dəstəyindən xəbər verir.

Son 5 ildə həyata keçirilən infrastuktur işləri Ağdamın tezliklə Qarabağın sənaye mərkəzinə çevriləcəyindən də xəbər verir”.

Milli Məclisin deputatı Vüqar Bayramov

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Azərbaycan–Fələstin münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Aynur Camal

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Yaponiyada ikinci paytaxtın yaradılması ilə bağlı qanun layihəsi qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu