Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın mühüm enerji mərkəzlərindən biri olan Xark adasının dağıdıldığını iddia edib.
Tramp sosial şəbəkədə paylaşdığı videoda Xark adasının güclü partlayışlarla məhv edildiyini göstərən görüntülər yayıb və adanın “tamamilə dağıdıldığını” bildirib. Lakin bu iddianı təsdiqləyən hər hansı müstəqil dəlil ortaya qoyulmayıb. Reuters-in məlumatına görə, ABŞ rəsmisi bazar ertəsi bildirib ki, ABŞ hərbçiləri son zərbələr zamanı Xark adasını hədəfə almayıb.
Reuters həmçinin Trampın paylaşdığı dramatik görüntüləri araşdırıb və videonun süni intellektlə yaradıldığını müəyyən edib. İran rəsmiləri isə Xark adasına hücum edilməsi barədə iddianı rədd edərək paylaşımı gülünc adlandırıblar.
Xark adası İranın neft sənayesi üçün strateji əhəmiyyət daşıyır. Müharibədən əvvəl İranın xam neft ixracının təxminən 90 faizi bu ada vasitəsilə həyata keçirilirdi.
Mənbə: Reuters
